ÇEX DILINDƏ TÜRKIZMLƏR VƏ ONLARIN LINQVISTIK XÜSUSIYYƏTLƏRI
Keywords:
türkizmlər, çex dili, leksik gəlmə sözlər, fonetik uyğunlaşma, morfoloji uyğunlaşma, semantik uyğunlaşma, tarixi-mədəni əlaqələrAbstract
Məqalədə çex dilində türkizmlərin mənşəyi, onların alınma yolları və linqvistik xüsusiyyətləri araşdırılır. Türkizmlərin müxtəlif tarixi dövrlərdə türk dillərindən, həmçinin fars, ərəb və monqol dilləri vasitəsilə slavyan dillərinə keçdiyi göstərilir. Tədqiqatda türkizmlərin fonetik, morfoloji və semantik uyğunlaşma prosesi, həmçinin sözdüzəldici şəkilçilər vasitəsilə yeni sözlərin yaranmasında onların rolu izah edilir. Çex dilində türkizmlərin əsas tematik sahələri – hərbi leksika, geyim, qida, məişət əşyaları, flora-fauna, dini terminlər və antroponimlər kimi təsnif olunmuşdur. Məqalədə göstərilir ki, türkizmlərin öyrənilməsi slavyan və türk xalqları arasında tarixi-mədəni əlaqələrin izini izləməyə və leksik inteqrasiyanın xüsusiyyətlərini dəyərləndirməyə imkan verir.